“Anar 84 yaşında gedib bir-bir evləri gəzməlidir?” - Çingiz Abdullayev 

“Anar 84 yaşında gedib bir-bir evləri gəzməlidir?” - Çingiz Abdullayev 

Ədəbi̇yyat

1 Dekabr 2022, 19:56

Çətin vəziyyətdə olan yazıçılarımız özləri bizə müraciət etmir. AYB üzvü olan 2800-ə yaxın şair, yazıçı var.

 

Modern.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev yazıçı Əlisa Nicatın durumu ilə bağlı vəziyyətə münasibət bildirərkən deyib.

 

Çingiz Abdullayev bildirib ki, AYB-də cəmi 3 katib var.

 

“Anar 84 yaşında gedib bir-bir evləri gəzməlidir? Kim müraciət edirsə, kömək etməyə çalışırıq”, - AYB katibi vurğulayıb.

 

Əlisa Nicatın kitablarının geniş auditoriyaya çatdırılmasına dəstək göstərilməsi məsələsinə gəlincə isə Çingiz Abdullayev qeyd edib ki, onlar kitabların satışı və nəşr olunması işinə baxmırlar: “Biz onun yaradıcılığı ilə bağlı müzakirələr apara, müvafiq yerlərə məktub yaza bilərik. Ümumiyyətlə, pul işlərinə baxmırıq. Azərbaycan Yazıçılar Birliyinin özünün təqaüdü bir-iki aylıq olur, amma biz Əlisa Nicata 1 illik məbləğ vermək istəyirik. Qərar qəbul olunub. Kömək edəcəyik. Yoxlaya bilərsiniz”.

Whatsapp
Bizə yazın!
Keçid et
İran azərbaycanlıları sanki diri-diri basdırmaq istəyir