“Qəti mövqeyimi son dəfə bildirmək istəyirəm” - Çingiz Abdullayev

“Qəti mövqeyimi son dəfə bildirmək istəyirəm” - Çingiz Abdullayev

Ədəbi̇yyat

8 Dekabr 2022, 23:17

“Qəti mövqeyimi son dəfə bildirmək istəyirəm. Bir ölkədə dövlət dilini bilmədən yaşamaq mümkün deyil, xüsusən də bu dil sənin ana dilindirsə. Azərbaycan dilini bilmədən yaşamaq və işləmək mümkün deyil. Bu məsələ müzakirə olunmur”.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Çingiz Abdullayev deyib.


“Dövlət dilimizi bilməyin vacibliyindən yazanda mənim rus, ingilis, fransız məktəblərinin bağlanmasını istədiyimi düşünən insanlar var. Xarici dil bilməyin əhəmiyyətindən yazanda, başqa qeyri-adekvat düşüncəlilər isbat etməyə çalışırlar ki, mən Azərbaycan məktəblərinin rolunu kiçildirəm. Rahat olun. Siz bizim Prezidentimizdən ibrət götürün. Bizim 2020-ci ildəki ümumi qələbəmizdə onun rus və ingilis dillərini mükəmməl bilməsinin müstəsna rol oynadığı hamıya məlumdur”, - Ç.Abdullayev qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran azərbaycanlıları sanki diri-diri basdırmaq istəyir