Modern.az

Mərhum Dilavər Əzimlinin kitabına təqdimat keçirildi - FOTOLAR

Mərhum Dilavər Əzimlinin kitabına təqdimat keçirildi - FOTOLAR

27 Dekabr 2022, 10:00

AMEA-nın Tarix İnstitutunda mərhum alim Dilavər Əzimlinin məqalələrindən ibarət kitabının təqdimatı keçirilib.

Modern.az-ın məlumatına görə, tədbirdə D.Əzimlinin iş yoldaşları, dostları iştirak ediblər.

Təqdimatda Dilavər Əzimlinin elmi fəaliyyətindən, kitabının zəruriliyindən, elmi əhəmiyyətindən, tarix sahəsinə bir töhfə olmasından danışılıb.

Çıxış edənlər mərhumla bağlı xatirələrini də bölüşüblər.

İki saatdan çox çəkən tədbir yalnız pozitiv notlar üzərində qurulub.

Mərasimdə iştirak edən xanımı, jurnalist Arzu Qazıyeva Dilavər Əizmli haqqında xoş sözlərə görə təşəkkür edib.

“O, yaddaşlarda elə beləcə də qalıb: səmimi, pozitiv, baməzə, səsli-küylü, tükənməz, tarixin bütün sahələrinə baş vuran, hər suala cavabı olan, olmasa da araşdırıb mütləq cavablandıran və s. və i.a. Xüsusiyyətlərini bir araya yığsan uzun-uzadı bir siyahı alınacaq qədər. Nə yaxşı ki, belə bir insan dünyaya gəlib, yaşayıb və sevilib!

Mənsə, onun kitabının ərsəyə gəlməsində, təqdimatının keçirilməsində əməyi, zəhməti keçən hər kəsə minnətdarlığımı bildirirəm!”, - Arzu Qazıyeva bildirib.

Xatırladaq ki, 62 yaşlı D.Əzimli 2021-ci ilin martında FHN-nin Zığdakı modul tipli xəstəxanasında koronavirusdan vəfat edib.  

Mərhum 1994-cü ildən 2004-cü ilə kimi müxtəlif qəzet və jurnallarda işləyib.

2003-cü ildən AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışırdı, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində “Türk və Şərqi Avropa xalqları” kafedrasının müəllimi idi.
Tarix elmləri üzrə fəlsəfə doktoru olan D.Əzimli xeyli elmi əsərin müaəllifi idi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi