Modern.az

Aida Eyvazlı beynəlxalq mükafat aldı - FOTOLAR

Aida Eyvazlı beynəlxalq mükafat aldı - FOTOLAR

Ədəbi̇yyat

30 Dekabr 2022, 15:18

Tanınmış jurnalist Aida Eyvazlı (Göytürk) 2022-ci ildə Türk dünyasına göstərdiyi xidmətlərinə görə növbəti mükafata layiq görülüb.

Modern.az-ın məlumatına görə, Aida Eyvazlı "Beynəlxalq Mahmud Kaşqari" mükafatı alıb.

Dekabrın 30-da Azərbaycan Yazıçılar Birliyində Mahmud Kaşqari adına Beynəlxalq Fondun rəhbəri Elxan Zal mükafatı sahibinə təqdim edib.


“Mən könlümü Ötükəndə daşlara verib gəlmişəm... Bu sevgim qanımdan, kökümdən canımdan gəlir... Mahmud Kaşqari kimi elə böyük bir dahinin adına olan mükafat almışam ki... O da Türk dünyasını addım-addım, kənd-kənd, oba -oba, oylaq-oylaq, aymak-aymak gəzdi-dolaşdı. Nə xoşbəxtəm ki, onun izi ilə az da olsa Türk dünyasını güzara çıxıb, nələrisə toplayıb, yazıb, tarixə əmanət qoydum. Əlbəttə, o böyüklərdən sonra yazmaq onların irsini, onların adını yaşatmaqdır”, - deyə jurnalist mükafatı almağın sevincini bölüşərkən qeyd edib.


Aida Eyvazlı “Azərbaycan gəncləri”, “Sosialist Sumqayıtı” qəzetlərilə əməkdaşlıq edib. 1985-90-cı illərdə Daşkənddəki Uluqbəy adına Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Ali təhsili bitirəndən sonra Azərbaycana qayıdaraq jurnalist fəaliyyəti göstərib.

Onun ilk rəsmi iş yeri “Bakı” və “Baku” axşam qəzeti olub.

“168 saat”, “7 gün”, “Panorama” qəzetlərində çalışıb, “Space” və “Lider” telekanallarında işləyib.

Jurnalist bir neçə il Azərbaycan Dövlət Televiziyasının Özbəkistan və Mərkəzi Asiya respublikaları üzrə xüsusi müxbir postunun rəhbəri olub.

Aida Eyvazlı 2016-cı ilin “Aprel döyüşləri” zamanı həlak olmuş şəhidlərimizin xatirəsinə həsr etdiyi “Qalibiyyət- şahidlər və şəhidlər” adlı iki cilddən ibarət kitabın müəllifidir.

Hazırda müxtəlif onlayn media orqanları ilə əməkdaşlıq edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü