Modern.az

50 yaşın cazibəsinə

50 yaşın cazibəsinə

18 May 2013, 11:28

Mahir Qabiloğlu

Üç ildən sonra 50 yaşım gəlir. Qadınlar bu yaşı necə qarşılayır, deyə bilmərəm. Amma mənim indidən canıma qorxu düşüb. Çox pis rəqəmdir. Ümumiyyətlə cəmiyyətdə qəbul olunmur. Üzeyir Hacıbəyov hələ o vaxt əsər yazaraq 50 yaşlı Məşədi İbadı bütün dünyada biabır etdi. Özü 50 yaşına çatanda isə peşiman oldu. Bir yaxın həkim var. Xəstə ona 50 manat verəndə əsəbiləşir. Deyir ki, “get onu ver “28 may”da – paneldə dayananlara – mən səninçün...”. Tərbiyəsiz qadına 50 manat verirsən, deyir ki, “bax mən 100 manata çıxıram a..., day sənin xətrinə 50 manat götürürəm”. Gün o yerə çatıb ki, 50 dollar da hörmətdən düşüb. Toya 50 dollarlıq salanda deyirlər, “canı çıxardı 50 manat salsaydı? Krısanın biri krısa”.
Nə isə 50-nin vəziyyəti çox gərgindir.

Mən isə yavaş-yavaş 50 yaşına çatıram. Amma uşaqlıqdan bir sağlıq eşidə-eşidə gəlirəm: “O gün olsun ki, sənin 100 illiyini keçirək”. Heç bir dəfə də eşitməmişəm ki, “50 yaşını keçirək” deyən olsun. Xalq şairimiz Osman Sarıvəlli də 50 yaşa yox, 100 yaşa şeir yazıb: “Hər kəs 100 il yaşamasa, günah onun özündədir.” Ancaq bir sağlıqda 50 yaşın adı qismən də olsa çəkilib: “Sənə 100 yaş arzulayıram, özüməsə iki 50”.  
İnşaat alimləri də 50 yaşı aşağılayıblar. Deyirlər ki, sement, yəni beton 50 il bərkiyir, sonrakı 50 il ərzində yumşalmağa başlayır. Hələ bu haqda Ostrovskinin də əsəri var “Sement (polad) necə bərkidi”.

50 yaşa qocalığın baharı da deyirlər. 50 yaşına çatdınsa deyirlər ki, hazırlaş... ölməyə hazırlaş. Gözün qalır qapıda. Ürəyin də tıp-tıp edir: “Əzrayıl qardaş indi gələr, bu saat gələr. İndi gələr, bu saat gələr”.

50 yaşında ağlın gəlir yerinə. 50 il havayı yaşadığını başa düşürsən. Abrına, həyana sığınıb çox arzularından kam almağını fötə verdiyin gəlib dayanır gözün önündə. Qəti qərar verirsən ki, bəsdir. Qurtardı. Artıq öz həyatımı yaşayacağam. Həyatdan kam alacağam. Heç kimin tənəsinə baxmayacağam. Gəzəcəyəm, keyf çəkəcəyəm. Yox, nədənsə fikrə getdim: “Axı, nəylə? ...”. Yeyib-içəcəyəm. Kabab-kabab dalıycan. Kabab qanlı, igid canlı. Yox, nədənsə yenə fikrə  getdim: “Axı, nəylə?”. Pul yox. Diş yox. Protez isə ancaq qatıq-çörəyə bəs edir. Diş məsələsin yenə də həll etmək mümkündür:
 

Günlərin bir günü cavan vampir qoca, dişi tökülmüş vampirdən soruşur:

- Necəsən? Nə var, nə yox?
- Hər şey qaydasında.
- Necə yəni hər şey qaydasında. Biz vampirlərin dişi olmalıdır, dişləyək ki, sonra  qanı sora bilək də. Səndə isə diş yoxdur.
- Ay bala, nə olsun diş yoxdur. Arvadların aybaşısıyla bir təhər başımı dolandırıram.

İndi lətifəsi bizdən uzaq. Dişsiz də bir təhər dolanarıq. Amma bununla da bitmir axı? Deyirlər bir az da o yana 70-i adlasan, Allah eləməmiş, Allah eləməmiş ölməsən “pampers” də geyindirirlər. Kaşa yedizdirirlər. “Soska”da çay da verirlər. Altını yuyurlar. Üzündən çimdik götürüb “qudi-qudi” də deyirlər. Belə çıxır ki, 50-dən o yana böyümürsən, hə? Geriyə, uşaqlığa qayıdırsan, hə?

Anam yataq xəstəsi idi. Qızlarım qulluq edirdi. Nənələrinə mahnı da qoşmuşdular:

Nənə, nənə, can nənə,
Burnu badımcan nənə.

Ləzzət eləyirdi arvada. Nədən bildim? Bir gün uşaqlara acıqlandım ki, ayıb olsun. Bu nədir nənənizə deyirsiniz? Onlar da kiridilər. Amma ağızları öyrənmişdi. Çaşıb əvvəlin “nən, nənə, can nənə”ni deyirdilər. Anam isə ardını gətirirdi.

Nəisə, qanım qaralıb. 50 yaşın cazibəsi indidən alıb məni ağuşuna. Yuxum da ərşə çəkilib. Bilmirəm nə edim? Geri qayıdım, yoxsa irəli gedim? Qalmışam ortada. Yenə də lətifələr. Onlardır mənim əlimdən tutan, məni yaşadan. Həyatımın bütün anlarına uyğun lətifələrim var:

Günlərin bir günü ikinci mərtəbədə yaşayan bir cuvanəzən, gözəgəlimli qadın pəncərə silirmiş – qısa xalatda. Yoldan keçən bir kişi gəlib dayanır pencərənin altında və əlini ürəyinə qoyaraq başlayır ah-uff etməyə: “Ölürəm! İki balam yetim qalacaq. Onlara kim baxacaq. Öldüm, ay Allah! Məni bu dərddən qurtar”. Qadın bu sözləri eşitcək, tez həyətə düşüb gəlir kişinin yanına ki, “ay qardaş nə olub? Nə köməklik edə bilərəm?”  
Kişi :

- Pəncərənin altından keçəndə səni gördüm. O gözəl ayaqlarına aşiq oldum. İnan ki, o gül topuğundan bircə dəfə öpməsəm, öləcəyəm. O iki balam da yetim qalacaq.
Qadın da hal əhliymiş. Kişini o saat başa düşür:
- Öpmək üçün üz var, dodaq var, boyun var. O nə deməkdir ki, “topuğundan öpüm”?
Kişi bir az da ürəklənir. Əlini qadına uzadıb:
- Bax, mən çox aşağıdan getdim, sən də çox yuxarıdan! Allah  ortasına xeyir versin! Vur bura!

İndi nə 100 yaxşıdır, nə 90, nə 80. Nə uşaqlaşmaq, nə də “pampers”. 100-ə çatsaq pis olmaz. Amma 50 də pis deyil. Allah yüzün ortasına xeyir versin. 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi