Modern.az

Türkiyədə "Şöhlət Əfşar və Yaqub Mahmudov" mükafatı yaradılıb

Türkiyədə

Ədəbi̇yyat

14 Yanvar 2023, 22:35

Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyi tanınmış şair Şöhlət Əfşar və akademik Yaqub Mahmudov adına xüsusi mükafat təsis edib.

 

Dünya Avşarlar Dərnəyinin rəhbəri Şeref Kocakayanın Modern.az-a verdiyi məlumata görə, yeni mükafata tanınmış aktyor Kıvanc Tatlıtuğ və yazıçı Burak Ballı layiq görülüblər.

 

Xatırladaq ki, Şöhlət Əfşar və Yaqub Mahmudov Dünya Avşarlar Dərnəyinin fəaliyyətində fəal iştirak edib. Onların səyi ilə dərnəyin Bakıda və Adanada “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi Azərbaycan sərkərdəsi” mövzusunda beynəlxalq elmi konfransı keçirilib.

Adanadakı konfransdan (29.01.2022) sonra onlar koronavirusa yoluxub və Ş.Əfşar 6 fevral 2022-ci ildə Çuxurova Universitetinin Xəstəxanasında vəfat edib, Y.Mahmudov isə sağalaraq Vətənə dönüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...