Modern.az

Quşların haqqına girən yaramaz

Quşların haqqına girən yaramaz

Ədəbi̇yyat

21 Yanvar 2023, 13:06

Akif Cabbarlı

(sənədsiz – sübütsuz kiçik hekayə)

Qardaaaş, xoş gördük səni, kefin - əhvalın, yenə ordasan? Bura bax, hansı blokda yaşayırsan? Oğlun da səninlə qalır, eləmi?

Birdən – birə qarşımda peyda olan ucaboy, yaraşıqlı kişinin bu cür isti yanaşması,  əziz adamı kimi qucaqlayıb bağrına basması hətta məni kövrəltdi də. Bu adam mənə həm tanış gəlirdi, həm də heç cür xatırlaya bilmirdim ki, kimdir axı bu cür sayğı və qayğı ilə yanaşır mənə.

Qardaş, nə yaxşı oldu sənə rast gəldim. Maşınımızın benzini qurtarıb, elə də uzaqda deyil, sizin işin yanında, Nizami kino – teatrının yanındadır. Xanımım da oturub məni gözləyir ki, benzin tapıb işə salaq, çıxıb gedək evimizə. Bəlkə... Çox yox, iki – üç manat olsa işimiz düzələr.

Bu adam qəlbimin “sarı simi”-nə toxunmuşdu. Bir halda ki məni tanıyıb ( belə hesab edirəm) üz vurur, maşınında da arvadı gözləyir, yola verməliydim. Portmanatımı çıxarıb qurdalamağa bənd imiş qardaş. Uzun, sivri burnunu az qala gözümə soxacaqdı.

Hə, bu beş manatı, yox, bununla düzələn deyil, bir onluğun da var axı. İkisini də ver, qardaş canı bir saata qaytarıb çatdıracam özünə. Kişi kimi söz verirəm. Adam sanki İqor Kio babanın özü idi ki, hazırca durmuşdu qənşərimdə. Uzun, nazik barmaqlarını uzadıb çox asanlıqla hipnoz elədiyi mən qardaşının portmanatını bir andaca şmon elədi və dərhal da sürətlə məndən uzaqlaşdı. Ani olaraq aldadıldığımı, avam və sadəlöv yerinə qoyulduğumu anlasam da artıq gec idi. Qaqaş işini görmüşdü və gözdən itmişdi. Nə yaxşı ki, nəqliyyat kartımda müəyyən məbləğ vardı və mən suyu süzülə - süzülə, təhqir olunmuş, aldadılmış vəziyyətdə evimə gəlib çatdım.

Başıma gələn əhvalatı arvadıma danışmasaydım, inanın ürəyim partlayardı. Xanımım xeyli mütəəssir oldu, amma zarafatından da qalmadı; - “eybi yox, bir gün araqsız qalsan dünya dağılmaz” – dedi. Onunla razılaşdım, amma bir yaramaz maşennikin kiçik büdcəmə vurduğu ziyanın nəticələrini ona xırdalamağı lazım bilmədim. Bilmədim ki, normaı qarşılayar yoxsa yox. Çünki, ertəsi gün işə gedəndə yeraltı keçiddə tarı sinəsinə basıb özü özünü müşaiyət edib xəstə, yorğun səsi ilə “Xudayar təsnifi” oxuyan gənc küçə müğənnisinə hörmət eləməliydim, iş yerimin qarşısındakı alagöz pişiyə yemək almalıydım və evə qayıdanda hər səhər uçub gəlib balkonumuza qonan göyərçinlər üçün mağazadan dən götürməliydim. Məni “qardaş” deyib ağbədiyə aldadıb cibimi soyan fırıldaqçı gədə görün kimlərin haqqına girib də...

Nə isə, adama deyərlər, aldanmayaydın, maşennikin Şirin dilinə inanmayaydın. Olur, belə işlər böyük şəhərlərdə çox rastlanır. Böyük şəhər demişkən, indi mən nə bilim ki, bu adam şəhərli balasıdır, yoxsa kənddən gələn “ çüşka” dır. Haradan bilim, üzünə yazılmayıb ki... Bir də Allah bilir, nə vaxt rastıma çıxacaq ki, tutum qulağından aparım Bəhram müəllimin, Rəşid həkimin yanına, dəqiq müəyyənləşdirsinlər ki, bu yaramaz hansı yuvanın quşudur. Quşu yox, çünki o , gül kimi quşların haqqına girib, hansı dərənin heyvanıdır?...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu