Modern.az

Nəsiman Yaqublunun yeni kitabı çap olundu

Nəsiman Yaqublunun yeni kitabı çap olundu

Ədəbi̇yyat

30 Yanvar 2023, 10:17

Tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun “Azərbaycan mətbuatı:gizli nəşrlər” kitabı nəşr edilib.

 

Modern.az xəbər verir ki, bu, mətbuat tariximizdə ilk yeni araşdırmadır. Kitabda Çar Rusiyası və sovet dövründə qadağan edilmiş, lakin gizlin çap edilib oxucular arasında yayılmış qəzet, jurnal, toplu, kitbça və bülletenlər, vərəqələr haqqında geniş araşdırmalar aparılıb.

 

Gizli nəşrlərin yaradıcıları sırasında M.Ə.Rəsulzadənin,Ə.Ağaoğlunun, M.B.Məmmədzadənin, A.Qasımzadənin, Ə.Əliyevin,A.S.Əfəndinin,adlarına rast gəlmək mümkündür. Gizli nəşrlərdən “Hümmət”, İstiqlal”, “Yaşıl yarpaqlar”, “Dirçəliş”, “Meydan”, “Rok Oko”, “Çeşmə”, “28 May” və digər oxuculara məlum olmayan çap nümunələri ilk olaraq oxuculara təqdim edilir.

 

Kitabda araşdırılan mövzu XX əsr Azərbaycan tarixinin və mətbuatının tədqiqində yeni bir sahədir. Bu günə qədər Azərbaycanda nəşri qadağan edilmiş kitab, qəzet, jurnal və digər nəşr nümunələri əsasında elmi  tədqiqatlar aparılmayıb. Gizli və “samizdat” nəşrlərlə bağlı ciddi araşdırmalarla hazırlanmış bu kitab Azərbaycan Milli Azadlıq Hərəkatı tarixinin də öyrənilməsinə bir töhfədir. 60-a qədər araşdırılmamış nəşr nümunələrinin toplanılıb tədqiq olunması, elmi dövriyyəyə daxil edilməsi tarix, filologiya, mətbuat, ümumilikdə, humanitar sahədə çalışan və təhsil alanlar üçün əsaslı vəsaitdir.

 

Kitabın rəyçisi tarix üzrə fəlsəfə doktoru,Bakı Dövlət Universitetinin dosent Boran Əzizdir.

 

Kitab “Qanun” nəşriyyatında nəşr edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır