Modern.az

Azərbaycanlıdan yakut sevgisi

Azərbaycanlıdan yakut sevgisi

Ədəbi̇yyat

1 Fevral 2023, 09:52

Məsafəcə uzaq, könülcə yaxın Saxa Yakutiya Respublikasının Xanqalas ulusunun Moxsoqollox qəsəbəsində Yakutiyanın xalq şairi Natalya Xarlampyeva ilə “Yakutsement” zavodunun  əmək kollektivinin görüşü keçirilib.

Modern.az-ın məlumatına görə, bu barədə “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlıya görüşün təşkilatçısı olan Saxa Yakutiya Respublikası İl Tümeninin (Parlamentinin) deputatı, “Yakutsement” zavodunun  direktoru Əliş Məmmədov bildirib.

Görüşdə Natalya Xarlampyevanın ədəbi irsi ilə bərabər, Yakutiyanın ədəbi aləminin Azərbaycan yazıçı və şairləri ilə olan qədim və bugünkü əlaqələrindən də söz açılıb.

Yakutiya Yazıçılar İttifaqının sədri Natalya Xarlampyeva ötən il çap olunan üç kitabından, eləcə də  yakut dilindən bizim  dilə tərcümə olunan klassiklərin əsərləri haqqında məlumat verib. Eyni zamanda,  son illər Yakutiya və Azərbaycan, türk dünyası yazıçıları arasında əlaqələrin genişlənməsində  mühüm rolu olan Avrasiya Yazarlar Birliyinin sədri Yakub Öməroğlu, şair Əkbər Qoşalı və araşdırmaçı jurnalist, pulisist Aida Eyvazlıdan danışıb. Qeyd edib ki, bu il Türkiyədə Aida Eyvazlının Saxa Respublikası haqqında yazdığı qiymətli bir kitab türk dilində çap olunacaq. Moxsoqollox qəsəbəsinin  kitabsevərlər klubunun üzvləri, zavodun  rəhbər işçiləri, həmkarlar ittifaqının üzvləri və fəhlələrin də qatıldığı ədəbiyyat görüşündə qeyd edilib ki, şair və yazıçıların  əmək kollektivləri,  böyük zavod və müəssisələrdə keçirilən görüşləri çoxdan xatirəyə və tarixə çevrilib. Lakin Xanqalas ulusundan üçüncü dəfə deputat seçilən Əliş Məmmədov bu qədim və əlamətdar ənənəni yenidən bərpa etməklə, öz alnınınm təri ilə halal çörəyini qazanan  insanlara da sevinc bəxş etdi. Axı ilahi sözün sehri çox böyükdür. Belə görüşlərdə deyilən fikirlər, sözlər, şeirlər, bəzən insanın ömrünü, həyat yolunu dəyişir.

Natalya Xarlampyeva öz ölkəsində çox sevilən bir şairdir. Onun görüşünə gələnlər eynu zamanda XXI əsrin oxucusunu  maraqlandıran ədəbi əsərlər, dünyada baş verən ədəbi yeniiliklər barədə, müsair ədəbiyyat haqqında fikir mülahizələri aparıblar.  Dinləyicilər arasında şer yazanlar da öz şeirlərini oxuyublar.

Görüşün sonunda Natalya Xarlampyevanın imzalı kitablarının satışı təşkil olunub. Saxa Yakutlarının Xanqalas ulusunun deputatı, həmyerlimiz  Əliş Məmmədov  “Yakutsement” zavodu adından xalq şairi Natalya Xarlampyevaya xatirə hədiyyəsi də təqdim edib.  

Bizim azərbaycanlıların uzaq şimal diyarda ədəbiyyat sevgisi oyatmaları çox təqdirəlayiqdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər