Modern.az

Gürcüstanda azərbaycanlı yazarın pyesi səhnələşdirilib

Gürcüstanda azərbaycanlı yazarın pyesi səhnələşdirilib

Ədəbi̇yyat

3 Fevral 2023, 09:00

Tanınmış uşaq yazarı Vüqar Haqverdiyevin eyniadlı pyesi əsasında Gürcüstanın “BEEZ” Uşaq Teatrında “Qarınqulu ayı balası” tamaşası hazırlanıb. Tamaşanın rejissoru teatrın qurucusu və bədii rəhbəri Binəli İslamoğludur.


Teatrdan Modern.az-a verilən məlumata görə, qeyd olunan səhnə əsəri balaca aktyorların ifasında hazırlanıb və əsərin başlıca ideyası sevimli heyvanların dili ilə uşaqlara düz danışmağı, dostluğu təbliğ eləmək, eləcə də əyləncəli şəkildə balacalarda həkimə, iynəyə qarşı qorxu hissini götürməkdir.


Sözügedən tamaşanın yaxın vaxtlarda Gürcüstanın Qardabani rayonunda premyerası olacaq. Daha sonra tamaşa qastrol çərçivəsində qardaş ölkənin digər rayonlarında da nümayış etdiriləcək. Tamaşanın Azərbaycanda da nümayişi nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?