Modern.az

Sabir Rüstəmxanlı qardaşının müdafiəsinə qalxdı: “Güzgüdə bir özünüzə baxın!”

Sabir Rüstəmxanlı qardaşının müdafiəsinə qalxdı: “Güzgüdə bir özünüzə baxın!”

17 Fevral 2023, 11:02

“Şahbaz Xuduoğlunun ədəbi dil haqqında yazısını da, ona olan rəyləri də anlayışla qarşılamaq lazımdır. Hər kəs öz fikrini ifadə etməkdə sərbəstdir. Bir təklif irəli sürməklə dil dəyişilməz, ona görə də bu qədər əsəbi rəylərə ehtiyac yoxdur”.

Modern.az xəbər verir ki, bunu Xalq şairi, deputat Sabir Rüstəmxanlı qardaşı Şahbaz Xuduoğlunun "Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik" təklifi barədə danışarkən deyib.
 

Xalq şairi daha sonra əlavə edib:

“Məncə, ana dilimizin hörmətli müdafiəçiləri Şahbazın yazısındakı, daha doğrusu, yazının alt qatındakı bir kinayəyə, ağrıya fikir verməyiblər. Şahbaz deyir ki, evində, küçə-bazarda ana dilində danışmırsansa, uşağını ana dilində məktəbə qoymursansa, ana dilində buraxılmış kitabları almırsan və oxumursansa, 32 ildir müstəqilik, hələ də rus dilinin gizli və açıq təbliğatını aparırsansa, ana dilinin qorunması və inkişafı haqqında düşünüb real iş görmürsənsə, ana dilində buraxılan kitablar satılmırsa, bəlkə, dünyada daha geniş yayılan və bizim də rahatca anladığımız və istifadə etdiyimiz Türkiyə türkcəsində oxuyub yazaq... Bu, bir həyəcan siqnalıdır. Yatanları oyatmaqdır! Güzgünü qınamaqdansa özümüzə baxaq!”.
 

S.Rüstəmxanlı qardaşını müdafiə edədək deyib:

“Şahbaza hücum çəkməkdənsə, dilimizin qayğısına qalaq, onu qoruyaq, başqa dillərə heyranlıqdan əl çəkək, ləyaqətimizi uca tutaq. Şahbazın ana dilimizə xidmətinin onda biri qədər xidməti olmayanların onu ittiham etməsi gülüncdür. O, ədəbi dilimizin taleyinə acıdığı və yandığı üçün belə yazıb”.

Xatırladaq ki, “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun sosial şəbəkədə Azərbaycan dilinin ləğv olunmasına dair yazdığı status – “Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik – Bir millət, bir dil...” başlıqlı paylaşım ciddi tənqidlərə tuş gəlib.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir