Modern.az

Tədqiqatçı-şairin yaradıcılıq gecəsi keçirilib

Tədqiqatçı-şairin yaradıcılıq gecəsi keçirilib

Ədəbi̇yyat

18 Fevral 2023, 10:05

Fevralın 17-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda tədqiqatçı-şair Gülhüseyn kazımovun yaradıcılıq gecəsi keçirilib.


Modern.az xəbər verir ki, gecəni giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq, G.Kazımovun həm muğam irsimizinin tədqiqatçısı, həm də şair kimi yaradıcılıq xüsusiyyətlərimdən bəhs edib.

Daha sonra söz tədbirin aparıcısı, tənqidçi, “Azərbaycan” jurnalının baş redaktor müavini Əsəd Cahangirə verilib.

Gecədə xalq artistləri Sərdar Fərəcov, Ənvər Sadıqov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadə, xanəndə Zahid Quliyev, tədqiqatçı-naşir Turan İbrahimov, şairlər İlqar Türkoğlu, İslam Sadıq, Maşallah Məftun, Zaur Ustac, Elmira Aslanxanlı, Gülnarə Cəmaləddin, Kəmalə Abıyeva, nasir Hümbət Quliyev, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli və başqaları çıxış ediblər.
 

Tədbirdə Gülhüseyn Kazımova “Turan birliyi” medalı və “İsa Muğanna” diplomu təqdim edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu