Modern.az

Nobel mükafatı laureatı vəfat etdi

Nobel mükafatı laureatı vəfat etdi

Ədəbi̇yyat

13 Mart 2023, 11:14

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, yapon yazıçısı Kenzaburo Oe vəfat edib. 

 

Modern.az AFP agentliyinə istinadən xəbər verir ki, o, 88 yaşında dünyasını dəyişib.

 

Kenzaburo Oeyə 1994-cü ildə Nobel mükafatı verilib. O, “reallıq və mifin birləşərək bugünkü insan müsibətlərinin narahatedici mənzərəsini təqdim edən xəyali dünyanı poetik güclə ifadə etdiyinə görə” bu mükafata layiq görülüb.

 

Nobel Komitəsi yazıçının əsas əsərləri arasında “1860-cı ilin futbolu”, “M/T tarixi və meşə möcüzəsi” və “Şirin keçmişə məktublar” romanlarının adını çəkib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub