Modern.az

Bir də görürsən kitaba çevrilir adam...

Bir də görürsən kitaba çevrilir adam...

Ədəbi̇yyat

28 Mart 2023, 12:48

Mənəvi Dəyərlərin Təbliği Fondu bu günlərdə tanınmış araşdırmaçı alim, yazıçı və publisist Ənvər Çingizoğlunun ölümündən sonra "Qarabağ ruhaniləri" kitabını çap edib.
 

Modern.az-ın məlumatına görə, bu kitab Ənvər Çingizoğlunun hələ sağlığında çap olunmaq üçün Fonda verdiyi əlyazmalar əsasında çap olunub.

Kitabda Qarabağın tanınmış insanlarının həyatından bəhs edən çox mühüm məlumatlar var.

Kitab barədə danışan jurnalist Aida Eyvazlı onu ermənilərin üzünə çırpıla biləcək güclü bir silah hesab edib:
 

“Ənvər müəllimin indiyə qədər Qarabağdan yazdığı bütün tarixi əsərləri, araşdırmaları kimi, "Qarabağ həqiqətləri" kitabı da bu günümüzdə bizə çox gərəkli olan nəşrdir. Kitabda Şuşa mədrəsələri, Qarabağın ruhanilərinin səcərəsi, ümumiyyətlə, Qarabağa aid çox maraqlı və qiymətli bilgilər var.

Mərhum Ənvər Çingizoğlunun arxivində hələ nə qədər yazmadığı həqiqətlər, topladığı bilgilər yatır...

Ruhun şad olsun, əziz dostumuz, unudulmaz qələmdaşımız, gözəl insan!”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi