Modern.az

Heydər Əliyevlə dost olan Xalq şairinin anım günüdür - FOTOLAR

Heydər Əliyevlə dost olan Xalq şairinin anım günüdür - FOTOLAR

Ədəbi̇yyat

4 Aprel 2023, 09:20

Xalq şairi Qabilin vəfatından 16 il ötür. Modern.az-ın məlumatına görə, 2007-ci il aprelin 3-dən 4-ə keçən gecə Qabil ömrünün 81-ci ilində ürək çatışmazlığından dünyasını dəyişib.  
 

Qabil Allahverdi oğlu İmamverdiyev 12 avqust 1926-cı ildә Bakıda, dәmiryolçu ailәsindә anadan olub. 1944-1948-ci illәrdә V.İ.Lenin adına Azәrbaycan Pedaqoji İnstitutunun Filologiya fakültәsindә ali tәhsil alıb. Moskvada M.Qorki adına Әdәbiyyat İnstitutunun nәzdindә iki illik Ədәbiyyat kursunun mudavimi olub.
 



Әmәk fәaliyyәtinә 1948-ci ildә, Yardımlı qәsәbә orta mәktәbindә Azәrbaycan dili vә әdәbiyyat muәllimi kimi başlayıb. Sonrakı illәrdә “Azәrbaycan müәllimi”, “Әdәbiyyat vә incәsәnәt”, “Kommunist” qәzetlәrindә, Azәrbaycan Dovlәt Televiziya vә Radio Verilişlәri Komitәsindә, “Azәrbaycan” jurnalında müxtәlif vәzifәlәrdә çalışıb. Azәrbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sәdri olub.
 

Qabil әdәbiyyata 4 aprel 1944-cü ildә, “Әdәbiyyat qәzeti”ndә çap olunan “Gәl, baharım” adlı şeiriylә gәlib. “Qabil İmamverdiyev”, “Qabil Nikbin”, “Qabil” tәxәlluslәri ilә yazıb yaradıb.

Yaradıcılığının şah әsәri sayılan “Nәsimi” mәnzum romanı 1976-cı ildә Azәrbaycan SSR Dovlәt Mükafatına layiq görülüb.



“Azәrbaycan SSR Әmәkdar İncәsәnәt xadimi”, “Azәrbaycan Respublikasının Xalq şairi” fәxri adlarını alıb. “Şöhrәt” vә “İstiqlal” ordenlәri ilә tәltif olunub.
 

Azәrbaycan vә rus dillәrindә 100-dәn cox kitabı çap edilib.
 

Qabil 4 aprel 2007-ci ildә vәfat edib. Azәrbaycan Prezidenti İlham Әliyev, dövlәt vә hökumәt rәsmilәrinin iştirakı ilә Rәşid Behbudov adına Mahnı Teatrında vida mәrasimi keçirilib.  Mərhum 1-ci Fәxri Xiyabanda dәfn edilib.


2007-ci ildəki anım mərasimi bu fotolarla yadda qalmışdı:

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?