Modern.az

Deputat Bakı metrosunda gənclərlə birgə kitab oxudu - FOTOLAR

Deputat Bakı metrosunda gənclərlə birgə kitab oxudu - FOTOLAR

Ədəbi̇yyat

8 May 2023, 09:40

Milli Məclisin deputatı Ceyhun Məmmədov bir qrup gənclə birlikdə Bakı Metropoliteninin "İçərişəhər" stansiyasından "Həzi Aslanov" stansiyasına qədər "Hər yerdə kitab" devizi ilə keçirilən maarifləndirici aksiyada iştirak edib.

Modern.az xəbər verir ki, aksiya çərçivəsində iştirakçılar elmi, bədii və publisistik kitabları oxuyublar.

Aksiyanın keçirilməsində məqsəd insanları oxumağa və  mütaliəyə cəlb etmək, onları "Kitab oxumaq üçün vaxtım yoxdur" düşüncəsindən uzaqlaşdırmaqdır. Məkan olaraq metronun seçilməsi də məhz bununla əlaqəlidir. Buradakı incə mesaj hər kəsə göstərir ki, şəraitdən və məkandan asılı olmayaraq hər yerdə kitab oxumaq mümkündür.

Aksiya ətrafdakı insanlar tərəfindən maraqla qarşılanıb.

“Bunun bir trendə çevrilməsi bizi düşündürən məsələ olmalıdır. Bu istiqamətdə əməli addımların atılması vacibdir. Çünki, oxumaq, öyrənmək və mütaliə gənclərin şəxsi və ideoloji inkişafına, savadlılıq səviyyəsinin yüksəlməsinə, sağlam düşüncənin və təfəkkürün formalaşmasına bir başa təsir göstərir”, - deyə deputat saytımıza açıqlamasında bildirlib.

 Ümid edirik ki, bu aksiya cəmiyyətimiz üçün nümunəyə çevriləcək və çıxarılan nəticələr prosesə öz töhfəsini verəcək!

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır