Modern.az

Məşhur britaniyalı yazıçı VƏFAT ETDİ

Məşhur britaniyalı yazıçı VƏFAT ETDİ

Ədəbi̇yyat

21 May 2023, 09:09

Britaniyalı yazıçı Martin Emis 73 yaşında qida borusu xərçəngindən vəfat edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı, yazıçı İzabel Fonseka məlumat verib. Ədəbiyyatşünas Florida ştatının Leyk-Uort şəhərindəki evində həyatını itirib.

 

25 avqust 1949-cu ildə Buker mükafatı laureatı yazıçı və ədəbiyyatşünas Kinqsli Emisin oğlu olaraq doğulan Martin Emis özünün qeyri-adi yazı metodu və kəskin, acı yumorla zəngin olan əsərlərinin köməkliyi ilə müasir dünya ədəbiyyatının mərkəzi fiqurlarından biri olmağı bacarıb.

 

Qeyd edək ki, 2008-ci ildə “The Times” qəzeti Martin Emisi əsərlərinə görə 1945-cü ildən sonrakı Britaniya ədəbiyyatının əlli ən yaxşı yazıçılarından biri adlandırıb. 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü