Modern.az

Beynəlxalq Buker Mükafatı bolqar yazıçıya verildi 

Beynəlxalq Buker Mükafatı bolqar yazıçıya verildi 

Ədəbi̇yyat

24 May 2023, 08:22

Bolqar yazıçı və şair Georgi Qospodinov “Zaman sığınacağı” romanına görə Beynəlxalq Buker Mükafatını qazanıb. 

 

Modern.az xəbər verir ki, bu barədə mükafatın saytında məlumat yayılıb.

 

Münsiflər heyətinin sədri, Mərakeş əsilli fransız yazıçısı Leyla Slimani Londonda keçirilən mərasimdə Qospodinovun mükafat qazandığını açıqlayıb.

 

"Zaman sığınacağı" romanı ilk dəfə 2020-ci ildə bolqar dilində işıq üzü görüb. Kitab 2022-ci ildə ingilis dilinə, 2023-cü ildə rus dilinə tərcümə olunub.

 

Mükafatların təqdim edilməsi mərasimi zamanı 55 yaşlı Qospodinov bildirib ki, onun romanı yaddaş və zaman, eləcə də “nostaljinin hərbiləşdirilməsi” haqqındadır.

 

Məlumat üçün bildirək ki, Beynəlxalq Buker Mükafatı ingilis dilində nəşr olunan kitablara görə əcnəbi yazıçı və tərcüməçilərə verilir. 50.000 funt sterlinqlik mükafat müəllif və tərcüməçi arasında bərabər bölünür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub