Modern.az

Bakıda Türk dünyasını bir araya gətirən festival - VİDEO+FOTOLAR

Bakıda Türk dünyasını bir araya gətirən festival - VİDEO+FOTOLAR

Ədəbi̇yyat

5 İyun 2023, 10:28

Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayıb.

 

Modern.az xəbər verir ki, festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, TİKA, İLESAM və digər qurumların dəstəyi ilə keçirilir.

 

Açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev və bir sıra beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.


Tədbirdə deputat Cavanşir Feyziyevin və digər yazıçıların kitabları da təqdim olunub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü