Modern.az

ANAR: Gələcəyə kitabla getməliyik 

ANAR: Gələcəyə kitabla getməliyik 

Ədəbi̇yyat

5 İyun 2023, 11:36

Kitab mədəniyyəti və ədəbiyyat nəsilləri mübariz əhval-ruhiyyədə yetişdirir.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılış mərasimində deyib.

 

O, festivalın cəmiyyət üçün faydalı olduğunu bildirib.


"Biz torpaqlarımızı silahla almışıq, ancaq gələcəyə kitabla getməliyik. Kitab mədəniyyəti və ədəbiyyat nəsilləri mübariz ruhda yetişdirir", - deyə AYB sədri vurğulayıb.

 

Qeyd edək ki, bu gün Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayıb. Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı