Modern.az

Anar Çingiz Abdullayevin müdafiəsinə qalxdı: Mənə 35 ildir hücum edirlər...

Anar Çingiz Abdullayevin müdafiəsinə qalxdı: Mənə 35 ildir hücum edirlər...

Ədəbi̇yyat

4 Sentyabr 2023, 14:36

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev ölkəni tərk etmək niyyətində olduğunu bildirib. O, sosial media hesabında Bakı ləhcəsində danışdığı üçün qınanıldığını yazıb.

 

“Bu axmaq zarafatlardan bezmişəm. “Axmaqlar” yazsam inciyəcəklər. “Yaramazlar” yazacam daha da inciyəcəklər. Onların hamısı məni bezdirib. Bəlkə birdəfəlik çıxım getməyim daha doğru olar?! Çox pis oluram. Bu mənim ölkəmdir, mənim şəhərimdir. Bu şəhərin ləhcəsini danışdığım üçün belə qınanıram. Belə də yaşayırıq! Həddindən artıq adekvat olmayan adamlar var. Bu isə bütün hər şeyi korlayır. Artıq nəsə etmək, qərar vermək vaxtıdır!” - deyə yazıçı vurğulayıb.

 

Modern.az Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevdən  Çingiz Abdullayevin paylaşımına münasibət bildirməyi xahiş edib.

 

Yazıçı saytımıza açıqlamasında Çingiz Abdullayevin heç yerə getməyəcəyini bildirib.

 

 “Mənə elə gəlir, Çingiz heç yerə getməyəcək. O çox dəyərli, gözəl yazıçımızdır. O ki, qaldı ona qarşı  hücumlara, mənə 35 ildir hücum edirlər, heç yerə getmək fikrində deyiləm. Mənə elə gəlir ki, o da heç hara getməyəcək. Hərənin danışığına bir qulp qoymaq olar. Onun da danışığı elədir”, - AYB sədri deyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu