Aida Eyvazlının Türkiyədə kitabı çıxdı

Aida Eyvazlının Türkiyədə kitabı çıxdı

Ədəbi̇yyat

23 Sentyabr 2023, 14:15

Tanınmış jurnalist Aida Eyvazlının şəhid və qazilərimizin şeirlərindən ibarət tərtib etdiyi və redaktoru olduğu kitab Avrasiya Yazarlar Birliyinin təşəbbüsü ilə Türkiyədə “Bengü yayınları” nəşriyyatın tərəfindən 1000 tirajla çap edilib.

Kitab “Zafer kokan ŞİİRLER” adlanır.

Modern.az-ın məlumatına görə, 190 səhifəlik xatirə kitabında 2016-cı ilin aprel döyüşlərində və 2020-ci ildə baş vermiş II Qarabağ savaşında həlak olan 19 şəhidin, 16 qazinin, eləcə də A.Eyvazlının özünün Vətən, Zəfər haqqında düşüncə və şeirləri yer alıb.
Kitabın baş redaktoru Yakub Öməroğlu, tərcüməçisi isə gənc ədəbiyyatçı Atabey Barışdır.

Kitabın nəşri Azərbaycanın Türkiyədəki Səfirliyinin dəstəyi ilə gerçəkləşib.

A.Eyvazlı deyib ki, bu kitab Qələbə dolu payızda bizə Zəfər gətirənlərin türk oxucusuna, türkldilli xalqlara gözəl bir ərməğanıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır