Modern.az

Beynəlxalq Muğam Mərkəzindən yeni kitab: Xanəndə Məşədi Qafar Qaryağdı

Beynəlxalq Muğam Mərkəzindən yeni kitab: Xanəndə Məşədi Qafar Qaryağdı

Ədəbi̇yyat

12 Oktyabr 2023, 13:14

Beynəlxalq Muğam Mərkəzinin nəşrləri seriyasından növbəti kitab işıq üzü görüb.

Modern.az xəbər verir ki, oxuculara təqdim edilən kitab publisist-yazıçı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı və texnika üzrə fəlsəfə doktoru, mühəndis Turan İbrahimov tərəfindən ərsəyə gətirilib.

Kitabda XX əsrin əvvəllərində fəaliyyət göstərmiş xanəndə Məşədi Qafarın yaradıcılığına işıq salınıb. Təqdim olunan nəşrdə Məşədi Qafar Qaryağdının musiqi irsi, səs yazıları siyahısı və arxivi haqqında geniş məlumat verilir. Həmçinin xanəndənin bioqrafiyası, nəsil şəcərəsindən söz açılır, Məşədi Qafarın Şuşadan çıxmış istedadlı Qaryağdılar nəslinin nümayəndəsi və məşhur xanəndə Cabbar Qaryağdının kiçik qardaşı olduğu bildirilir.

Kitabın məsləhətçisi Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə, ön sözün müəllifi Azərbaycan Milli Konservatoriyasının prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova, redaktoru professor Abbasqulu Nəcəfzadədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir