Modern.az

Nəğməyə dönən oğullar

Nəğməyə dönən oğullar

Ədəbi̇yyat

12 Oktyabr 2023, 16:16

Notlara həyat verən polisin Vətən musiqisi

Xalqımız Vətən müharibəsində döyüşmək istedadını yenidən nümayiş etdirdi. Meydangirliyimizin qəfəsə salındığı illərin sanki heyfini çıxdıq 44 günlük haqq savaşımızda. İllər öncə məcburi köçkün həyatının məngənəsində sıxılan, çadır şəhərciklərində doğulan uşaqlar  həsrətdən beli bükülən, saçı ağaran ata-analarından öncə əsgər kimi, zabit kimi görmədikləri, bələd olmadıqları yurd yerlərinə qovuşmağın sevincini yaşadılar.

Sevincini, yanğısını səsinin, barmaqlarının şirinliyinə qatanlar müharibə bitdikdən sonra Azərbaycan musiqisinin də Vətən müharibəsində döyüşdüyünü minlərə, milyonlara çatdırmağı xəyal etsələr də arzusuna çatanlar çox az oldu. Düşmən gülləsi onları sıramızdan qoparsa da, səsləri, ifaları yaddaşımızda qaldı.

Məsələn, Xudayarın “Vətən yaxşıdır” təsnifini oxuması ilə sıradan bir müğənninin oxuması arasındakı fərq hər mənada özünü göstərir. Vətən andı içmiş, əyninə müqəddəs uniforma geyinmiş əsgərin, gizirin, zabitin Vətən yaxşıdır deməsinin təsir gücü ən dağıdıcı zəlzələlərə bərabərdir. Dinləyici Vətən keşikçisinin Vətən yaxşıdır fikrinə ona görə inanır ki, Vətənin bütövlüyü uğrunda hər an canından keçməyə hazır olan biri bunu deyir...



Vətən müharibəsi iştirakçısı, Cəbrayıl və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilən polis kiçik serjantı Əzizbəy Muradovla Xudayar Yusifzadə Vətən müharibəsində bəlkə də ayrı-ayrı cəbhədə döyüşsələr də onları birləşdirən bir arzu, bir amal idi: Vətənin azadlığı. Çünki bu azadlıqda hər şey vardı: Qara buludsuz göylər, aydın səma, yerlə-yeksan olunan ocaqlara tarixi qayıdış və bir də dalğa-dalğa ucsuz-bucaqsız çöllərə yayılan Vətən müsiqisi...

Əzizbəy şirmayi dillərini əzizləyə-əzizləyə “İncəbellim”i ifa etdiyi pianonun yaddaşında bəlkə də qalmayacaq. Ancaq bizim yaddaşımızda o bir qəhrəman kimi qalacaq.  Müharibə bitdikdən sonra Vətənə xidmətini davam etdirmək istəyi onu daxili işlər orqanlarının sırasına gətirmişdi. DİN Əlahiddə Çevik Polis Alayının əməkdaşı kimi asayişi qorudu, sabitliyin keşiyində dayandı...

Antiterror tədbirlərində Azərbaycan əsgərinə dayaq olmaq, təhlükəsizliyi təmin etmək üçün səfərbər olunan Azərbaycan Polisinin ön sırasında musiqiçi, Vətən müharibəsi iştirakçısı və polis kiçik serjantı Əzizbəy Muradov da vardı. Can qurtarmağa gedərkən düşmən məkri onunla birlikdə qardaşlarımızın canını aldı. Bu dəfə “Adını mən qoydum, ömrünü tanrı versin” deyən dədəmiz Qorqudu göylər eşitmədi. “İncəbellim” Əzizbəysiz qalsa da, o Vətən tariximizə, müsiqi dünyamıza əbədilik həkk olundu.


Hafiz Təmirov,
polis polkovnik-leytenantı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu