Modern.az

Arayik həbsxanada bu kitabları oxumalıdır: "Ocaq", “Şuşa qalxıb ayağa”, "İncil"...

Arayik həbsxanada bu kitabları oxumalıdır:

Ədəbi̇yyat

16 Oktyabr 2023, 12:38

Bir neçə gün öncə xəbər yayılıb ki, Qarabağda artıq özünü buraxan qondarma rejimin keçmiş "rəhbəri" Arayik Harutyunyan kitab oxumaq istəyib.

 

Onun Azərbaycandan olan vəkili Alov Səfərəliyevin sözlərinə görə, Arayikin istədiyi kitablar ona təqdim edilib. Konkret hansı kitablardan söhbət getdiyi hələlik məlum deyil.

 

İkinci Qarabağ müharibəsi zamanı Gəncə şəhərinin bombalanmasının üçüncü ildönümündə ələ keçirilən Arayik Harutyunyanın Azərbaycan həbsxanalarında kitab oxumaq üçün çox vaxtı olacaq. 

 

Modern.az bunu nəzərə alaraq yazarlardan Arayik Harutyunyana hansı kitabları oxumağı məsləhət gördüklərini soruşub.

 

Yazıçı Seyran Səxavət təklif edib ki, ona Zori Balayanın “Ocaq” kitabını göndərsinlər.

 

“O kitab dəhşətdir. Bütün fəlakətlərin hamısının səbəbi odur. Bir də yenə Zori Balayanın "Ruhumuzun dirçəlişi" adlı kitabını göndərsinlər. Orada bir parça var. "Türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu uşağın başından, sinəsindən və qarnından dərisini soydum". Bütün bu fəlakətlərin fövqündə dayanan “Ocaq“ əsəridir”.

 

Şair Qəşəm Nəcəfzadə isə öz kitablarından təklif edib.

 

“Şuşa qalxıb ayağa” kitabım var, Şuşa haqqındadır. Şuşanın qədim Azərbyacan torpağı olmağı haqqındadır. Qarbağda bir dənə nə erməni bəstkarı, nə şairi, nə rəssamı var. Hamısı azərbaycanlılardır. Mir Mövsüm Nəvvabın ədəbi məclisinə çıxan şairlərdir. Bütün bunlar göstərir ki, Şuşa Azərbaycanın qədim, əzəli, əbədi torpağıdır. Elə Arayikə bu kitabı versələr, o hər şeyi yaxşı başa düşər”.

Yazıçı Tural Cəfərov isə Arayikin "İncil" oxuyub günahlarından arınmasını təklif edib.

 

“Bu dəqiqə ancaq "İncil" oxusa yaxşıdır. Başqa kitaba ehtiyac yoxdur. Qalan günlərini ruhu şad, sakitlik içərisində keçirməyi üçün. Bundan sonra Tanrıdan bütün günahlarının bağışlanmasını istəsin”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək