Modern.az

Füzuli ilə bağlı məqalə ingiliscə “Vikipediya”nın ana səhifəsində…

Füzuli ilə bağlı məqalə ingiliscə “Vikipediya”nın ana səhifəsində…

Ədəbi̇yyat

13 Noyabr 2023, 17:20

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli haqqında məqalə “Vikipediya”nın ingilisdilli bölməsində ana səhifədə yerlədirilib.

Bu barədə Modern.az-a “Vikipediya” üzrə mütəxəssis-ekspert Elnur Eltürk məlumat verib.

O bildirib ki, “Vikipediya”da ingilis dilində yazılmış “Fuzuli” məqaləsi həmin platformanın ana səhifəsində noyabrın 13-də “Seçilmiş məqalə” kimi nümayiş olunub. Hazırda məqalə ana səhifədədir.

Məqalədə dahi Azərbaycan şairinin həyatı, yaradıcılığı və irsi haqqında ətraflı məlumat verilib.

“Məqalə etibarlı istinadlarla zənginləşdirilib. “İngiliscə “Vikipediya”nın ana səhifəsinə hər gün milyonlarla oxucu daxil olur. Bu isə dahi şairimiz Məhəmməd Füzuli haqqında milyonlarla oxucunun məlumatlanması deməkdir. Həm də əcnəbi elm adamları onun həyat və yaradıcılığı ilə daha yaxından tanış olacaqlar. Bu bizim üçün qürurverici və böyük hadisədir”, - deyə Elnur Eltürk qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək