Modern.az

Nobel qardaşlarının həyatından bəhs edən kitabın və filmin təqdimatı oldu

Nobel qardaşlarının həyatından bəhs edən kitabın və filmin təqdimatı oldu

Ədəbi̇yyat

16 Noyabr 2023, 17:17

Nobel qardaşlarının Azərbaycanda irsinin 150 illiyi münasibətilə Bakıda ilk xarici şirkətin yaradıcılarının həyatından bəhs edən kitabın və filmin təqdimatı olub.

 

Modern.az xəbər verir ki, tədbir İsveçin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

 

“1873-cü ildə Robert Nobel ilk dəfə Azərbaycana səfər edib. Onun odlar və küləklər diyarına səfəri Azərbaycanın neft sənayesinin inkişafının, eləcə də Azərbaycan və İsveç arasında ikitərəfli münasibətlərin əsasını qoyub”, - İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson tədbirin açılış mərasimində deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda Nobel qardaşlarının irsinin qorunub saxlanması istiqamətində mühüm təşəbbüs ötən il irəli sürülüb: “O vaxt onlar haqqında kitabın Azərbaycan dilinə tərcüməsi, həmçinin sənədli filmin çəkilməsi qərara alınıb”.

 

Kitabın müəllifi Benqt Yanqfeldt isə vurğulayıb ki, bu kitabı ərsəyə gətirmək onun üçün təkcə ən məşhur İsveç ailələrindən biri haqqında kitab yazdığına görə deyil, həm də Bakını və Azərbaycanı kəşf etdiyinə görə xoşdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək