Modern.az

“Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” kitabının II cildi çıxdı

“Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” kitabının II cildi çıxdı

Ədəbi̇yyat

17 Noyabr 2023, 09:28

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabının 2-ci cildinin birinci kitabı tamamlanmış və əlavələrlə yenidən işlənmiş şəkildə “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.

Modern.az-ın məlumatına görə, Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 24 oktyabr 2023-cü il tarixli, 06 saylı iclasının qərarı ilə çapa məsləhət görülmüş kitabın elmi redaktorları fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov, rəyçilər prof. Sakit Hüseynov, prof. Əlikram Tağıyev, dosent, Qabaqcıl Maarif Xadimi Müstəqil Ağayevdir.

 Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı əsərinin ikinci cildində XX əsr Quzey Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur.

Müəllif burada Quzey Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil etmişdir:
1) Milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyanları: türkçülük/azərbaycançılıq, çağdaşlıq və islamçılıq;
2) Marksizm-leninizm ideologiyası: milli təmayülçülük və beynəlmiləlçilik;
3) Milli maarifçilik fəlsəfəsi: realizm və romantizm.

Kitabın ikinci cildinin I kitabında milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyanları: türkçülük/azərbaycançılıq, çağdaşlıq və islamçılığın nümayəndələrindən (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, Ə.Topçubaşı, Ə.Müznib, F.b.Köçərli,M.B.Məhəmmədzadə, Ü.Hacıbəyli, N.Yusifbəyli,A.İldırım və b.)bəhs olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək