Modern.az

Etibar Əliyev Çingiz Abdullayevi özündənrazı olmaqda QINADI

Etibar Əliyev Çingiz Abdullayevi özündənrazı olmaqda QINADI

Ədəbi̇yyat

22 Noyabr 2023, 15:30

Milli Məclisin deputatı Etibar Əliyev Azərbaycan Yazıçılar Birliyinin (AYB) I katibi, Xalq yaxıçısı Çingiz Abdullayevi jurnalisti məhkəməyə verdiyinə görə qınayıb.

Modern.az-ın məlumatına görə, deputat yazıçını dözümlü olmağa çağırıb:

“ATV-də yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmova Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırıb. Bunun ardından AYB bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, telekanal bununla bağlı açıqlama verməli və aparıcı cəzalandırılmalıdır.

Çingiz Abdullayev ATV kanalını məhkəməyə verməyə hazırlaşır. Bu barədə bunları deyib: “Azərbaycan Yazıçılar Birliyinin hüquqşünası məhkəməyə xüsusi ittiham qaydasında şikayət hazırlayır. İddiaçı təşkilat ola bilməz deyə, mənim adımdan yazılacaq. Təzminat 1 manat da olsa, 100 min manat da olsa, almayacağam. Hamısını şəhid ailələri üçün köçürəyəcəyik. Mənə nə o aparıcının, nə də telekanalın pulu lazımdır. Aparıcı danışıb, öz səviyyəsini göstərib.”

Diqqət edin, Azərbaycanının Xalq yazıçısı məhkəmədə udacağı pulu şəhid ailələrinə bağışlamaq istəyir. Əslində Çingiz Abdullayev kitablarının satışından gələn pulları şəhid ailələrinə xərcləməli olduğu halda, görün pulu harda axtarır”.

Etibar Əliyev deyib ki, o da bəzi xarici yazarların əsərlərini "zir-zibil" adlandırıb:
 

“Ona qalsa, məni də Erl Stenli Qardnerin, Frederik Forsaytın, Con Le Karrenin, Reks Statutun yaxınları məhkəməyə verməli idilər. Müsahibələrimin birində onların əsərlərinin "zir-zibil" olduğunu demişdim. 200-dən çox detektiv əsəri bukinistə bağışlamışam. Vaxtında belə romanların əvəzinə ciddi ədəbiyyatları oxusaydım, daha çox bilgi qazanmış olardım. Əslində Kubra xanım Çingiz Abdullayevə qarşı nalayiq ifadə işlətməyib. O, detektiv janrını "zir-zibil" adlandırıb. Mən Çingiz Abdullayelə bir neçə tədbirdə məruzəçi kimi iştirak etmişəm. Bu adamda özündənrazılığın həddi xeyli komplekslər formalaşdırıb. Bəlkə bunu özü bilmir. Ancaq yaxın adamları bunu ona deməlidirlər. Mütaliə edənlər yaxşı bilirlər: yazıçıların əsərləri barədə fərqli fikirlər (hətta təhqirlər) həmişə olub və olacaq. Sadəcə, yazıçı belə məsələlərə tolerant yanaşmalıdır”.

E.Əliyevin fikrincə, Çingiz Abdullayev məhkəmə iddiasından geri çəkiləcək.

Yazıçılar Birliyinin bu məsələyə müdaxiləsi isə tamamilə absurddur. Absurd teatrdır.

Absurd teatr gözəl janrdır və “zir -zibil” deyil…”, - E.Əliyev deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək