Modern.az

“Dədə Qorqud”un əlyazmasında 1000-ə yaxın səhv aşkarlanıb

“Dədə Qorqud”un əlyazmasında 1000-ə yaxın səhv aşkarlanıb

Ədəbi̇yyat

4 Dekabr 2023, 14:56

Yazılı mənbələrdə və mətbuatda yol verilən dil qüsurlarına həmişə rast gəlinib və təəssüf ki, problem bu gün də aktual olaraq qalır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı akademik Nizami Cəfərov Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin keçirdiyi “Saytlarımız monitorinq aynasında” adlı tədbirdə bildirib.

Akademik deyib ki, mətbuatda dərc olunan yazılarda harada gəldi vergül qolulması az qala kütləvi hal alıb:

“Harda “ki" görürlər, vəssalam, vergül qoyurlar. “Araq, ərək”, “ıb, ib” şəkilçilərindən sonra yerli-yersiz vergül qoyurlar. Harada və necə gəldi durğu işarələrindən istifadə etmək olmaz. Düşünürəm, durğu işarələrinin azaldılmasına ehtiyac var".

N.Cəfərov bildirib ki, mətbuatın yol verdiyi dil qüsurlarına görə dilçi alimlər də günahkardırlar. Çünki ədəbi dilin normaları, orfoqarafiya lüğəti dəfələrlə dəyişikliklərə məruz qaldığından KİV nümayəndələri də bəzən çaş-baş qalırıar.

“Məsələn, bir sözü gah "əsl" yazıblar, gah da "əsil". Bəzi mürəkkəb ifadələrdə “anti”  sözü gah bitişik yazılır, gah ayrı, gah da defislə”.

Nizami Cəfərov deyib ki, vaxtilə dilçilər hətta “Dədə Qorqud” dastanının əlyazmasında da 1000-ə yaxın dil qüsuru aşkarlamışdlar.

O, orfoqrafiya qaydalarının ərəb dilindən alınan sözlərin yazılışında daha çox pozulduğunu qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək