Modern.az

“Bu kitab bəzi adamlarda qarınağrısı yaradıb” - Qulu Məhərrəmli

“Bu kitab bəzi adamlarda qarınağrısı yaradıb” - Qulu Məhərrəmli

Ədəbi̇yyat

29 Dekabr 2023, 09:40

“Ədəbiyyat qəzeti” sonuncu sayında Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmlinin Azərbaycan Xalq Cümhuriyyətinin banisi, böyük Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş kitabı haqqında “Bir eşq romanı kimi…” adlı məqalə dərc edib.

Qulu Məhərrəmli Modern.az-a açıqlamasında məqalənin müəllifi, yazıçı-publisist Bahəddin Həziyə və qəzetin refaktoru Azər Turana təşəkkür edib. Eyni zamanda bildirib ki, sözügedən kitabın nəşri bəzlərini narahat edib.
 

“Bu kitab bəzi adamların yuxusunu qaçırıb, bəzilərində qısqanclıq, bəzilərində qarınağrısı yaradıb. Amma əsas odur ki, kitabın hədəfi kimi götürdüyüm gənclik auditoriyası onu sevərək qəbul edib.

Bir aydan sonra doğumunun 140 illiyi olacaq Cümhuriyyət banisini sevgi ilə anırıq”, - Q.Məhərrəmli vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək