Modern.az

“Əjdaha ili” kimlərə düşərli olacaq?

“Əjdaha ili” kimlərə düşərli olacaq?

Ədəbi̇yyat

1 Yanvar 2024, 17:37

Şərq təqviminə görə 2024-cü il “Əjdaha ili”dir. Özü də yaşıl Əjdaha!

Bir neçə gündür mətbuat astroloji proqnozlar təqdim edir. Kim hansı bürcdəndir, kimə düşərli olacaq, kimə düşərli olmayacaq və s.

Buğa bürcündən olduğumdan yeni il təbriklərində mənə də şanslı, ümidli və düşərli olacağını söyləyənlər oldu...

Bir pedaqoq, ədib-psixoloq kimi mənim mülahizələrim belədir: 2024-cü il sevgi-sevinc, bolluq, ruzi-bərəkət və quruculuq ili olacaq.

Güc ilidir! Yaxşılq, saflıq, ədalət, seçmək-seçilmək şansı ilin ən əsas məziyyətləridir.

Ona görə də qəlbimizdə bu nəcib hiss və duyğuları yaşatmalıyıq.

Kim unudar ki, elə Qarabağ müharibəsində tam və yetkin qələbə qazandığımız 2023-cü ilin ən möhtəşəm sevincini də bizə güc, birlik yaşatdı...

"Dəmir yumruq" qeyrət simvolumuz oldu...

Bilmirəm necə deyim? Elə bilirsiniz bu “ƏJDAHA İLİ” hər kəsə düşərli olacaq?! Hər kəs 2024- cü ildən ümidlidir?! Təbii ki, yox! Ümumxalq mənafenə xidmət etməyən, zəif xarakterli, yaltaq və məkirli, sağlam rəqabətə tab gətirməyən, "çirkli pul" sahibli və əməlli insanlar "Əjdaha gücü"nün qarşısında nə edə bilərlər?!

Hə, əziz dostlar! Məntiqcə “Əjdaha ili” xalqın ilidir, burada bürclərə istinad edərək, "yağlı vəd"lərə uymaq da bir yanlışlıqdır. İlimiz kimlərəsə düşərli olmamaqla da ağıllı və qətiyyətli insanlara "yaşıl işıq" yandırır...

Allah Sizi - haqqın, ədalətin tərəfində duran insanları, qəlbində birlik, mərhəmət olanları qorusun!

Yeni iliniz çox mübarək!

Səxavət Tağlar,
Əməkdar müəllim, yazıçı- publisist

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok