Modern.az

Sosial şəbəkədə gündəm olan Əlisa Nicat: “Bir təhər yaşayırıq” 

Sosial şəbəkədə gündəm olan Əlisa Nicat: “Bir təhər yaşayırıq” 

Ədəbi̇yyat

1 Fevral 2024, 11:12

Ötən il “Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlunun yazıçı-filosof Əlisa Nicatın maddi vəziyyəti ilə bağlı paylaşımı müzakirələrə səbəb olmuşdu. 


Yazıçının acınacaqlı vəziyyəti, maddi imkanının aşağı olması, mənzilini isitmək üçün qaz pulunu verə bilməməsi gündəmə çevrilmişdi. 


Modern.az-ın əməkdaşı Əlisa Nicatın hazırkı vəziyyətini öyrənmək üçün onunla əlaqə saxlayıb.


Yaşlı yazıçı indi vəziyyətinin normal olduğunu söyləyib: 


“Babat dolanırıq, birtəhər yaşayırıq. Ağır iqtisadi vəziyyətim gündəmə gəldikdən sonra bir az kömək edildi. Ondan öncə çox iqtisadi çətinliklərim var idi. Evim təmir olundu, istilik şəbəkəsi qoşuldu, işıq, qaz pulu ödənildi. Kitablarım itib əldən gedirdi. Sağolsunlar, kitablarım üçün rəf düzəltdilər”. 


Yazıçı hazırda ona əlavə bir köməkliyin edilmədiyini söyləyib: 
 

“İndi 350 manat pensiya alıram, birtəhər yaşayırıq. Hərdən bir kitab satılır. Fəlsəfə əsərləri üzərində işləyirəm. Bəzən internetdə baxıb görürəm ki, yaradıcılığıma qiymət verən insanlar var. Ancaq başqa cür maraqlanan yoxdur".


Şəbnəm Zahir

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada