Modern.az

Məmməd İsmayılın səhhəti ilə bağlı proses nəzarətə götürüldü

Məmməd İsmayılın səhhəti ilə bağlı proses nəzarətə götürüldü

Ədəbi̇yyat

20 Fevral 2024, 20:59

"Atamın belində yırtıq var. Ötən ilin iyununda Türkiyədə əməliyyat edilmişdi, amma əməliyyatın nəticəsi nəsə yaxşı olmadı".

 

Modern.az xəbər verir ki, bunu APA-ya açıqlamasında şair Məmməd İsmayılın qızı İntizar İsmayıl deyib.

 

"Hazırda Bakıda da bu istiqamətdə müalicəsi aparılır. Yəqin ki, hələ bir müddət xəstəxanada qalacaq, burada müalicəsi davam etidirələcək", - o əlavə edib.

 

İntizar İsmayılın sözlərinə görə, hal-hazırda şairin səhhəti ilə bağlı proses Heydər Əliyev Fondunun nəzarətindədir.

 

"Bir həftədir, Heydər Əliyev Fondu tərəfindən atamın səhhəti ilə bağlı prosesi nəzarətə götürüb. Sağ olsunlar ki, belə bir məqamda bizə dəstək olublar. Mən öz adımdan, atamın adından Heydər Əliyev Fondunun Prezidenti, Birinci xanım Mehriban Əliyevaya dəstək üçün təşəkkür edirəm".

 

Xatırladaq ki, şair Məmməd İsmayılın bir müddətdir, səhhəti yenidən pisləşib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN: Ermənistan Müdafiə Nazirliyinin binası partladılıb