Modern.az

Anar Mövlud Süleymanlıdan danışdı: Xatirələrimdə yazacam...

Anar Mövlud Süleymanlıdan danışdı: Xatirələrimdə yazacam...

Ədəbi̇yyat

22 Fevral 2024, 12:38

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev dünən vəfat edən Xalq yazıçısı Mövlud Süleymanlı ilə bağlı xatirələrində yazacağını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, vida mərasimində jurnalistlərə açıqlamasında deyib.

 

O, yaxın dostunu itirdiyini vurğulayıb:


“Allah ona qəni-qəni rəhmət etsin. Çox üzgünük. Onunla bağlı xatirələrimdə yazacağam. İndi nə isə danışmaq çox çətindir. O, gözəl yazıçı, insan və dost idi. Onun əsərləri həmişə yaşayacaq. Mövlud Azərbaycan xalqının sevimli yazıçısı olaraq qalacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi