Modern.az

Çingiz Abdullayevin vəziyyəti necədir? - AÇIQLAMA

Çingiz Abdullayevin vəziyyəti necədir? - AÇIQLAMA

Ədəbi̇yyat

13 Aprel 2024, 10:13

Xəbər verdiyimiz kimi, Xalq yazıçısı Çingiz Abdullayev vəziyyəti ağırlaşdığına görə  Mərkəzi Gömrük Xəstəxanasında reanimasiyaya yerləşdirilib.

 

Modern.az yazıçının son durumunu öyrənmək üçün  Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza ilə əlaqə saxlayıb.

 

Saytımıza açıqlamasında Xəyal Rza söyləyib ki,  Çingiz Abdullayev hazırda özünü yaxşı hiss edir:

 

"Çingiz Abdullayevin səhhəti yaxşıdır. Şəxsən onunla görüşməmişəm. Ancaq onunla görüşənlərlə əlaqə saxalayırıq. İnşallah gələn həftənin əvvəlindən işə çıxacaq. Evə bu günlərdə buraxılması gözlənilir".

 

Qeyd edək ki, Ç.Abdullayev bir neçə gün əvvəl zəhərlənib. O, xəstəxana şəraitində müalicə alaraq evə buraxılmışdı. Xalq yazıçısının səhhətində problem yarandığından yenidən hospitala yerləşdirilib.

 

Xatırladaq ki, Ç.Abdullayev 1959-cu il aprelin 7-də anadan olub. 2005-ci ildə Xalq yazıçısı adına layiq görülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!