Modern.az

"Qələbədən sonra heç nə əvvəlki kimi qalmamalı idi, AYO da, Həmid Herisçi də..."

Ədəbi̇yyat

6 May 2024, 13:44

Şair Həmid Herisçi son günlər mediada onun Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzvlük məsələsi ilə bağlı müzakirələrə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, AYB-nin Birliyə qəbul məsələləri ilə bağlı keçirilən mətbuat konfransında danışıb.

 

Həmid Herisçi 44 günlük Vətən Müharibəsindən sonra dəyişikliyin qaçılmaz olduğunu bildirib:

 

"Azərbaycan yazıçısı eqoist deyil. Mən çox tənha idim. Qorxurdum ki, ətrafımdakı güzgülər məni aldatsın. Dünyada söz qiymətdən düşür, biz hələ də şeiri sevirik. Meyxana yazıçıları udur. Bizdə şifahi ədəbiyyat hələ də yaşayır. Minlərlə adam öz hesabına kitablarını çap eləyir. 30 il ermənilərlə postmodern müstəvidə savaşırdıq. Elə ki, realizmə keçdik, klassikaya qayıtdıq, qalib gəldik. Bu, müharibə etalonudur. Bu qələbədən sonra heç nə əvvəlki kimi qalmamalı idi. AYO da, Həmid Herisçi də. Müharibə bizi postmodern bataqlığından qurtardı. Mən seçimimi müharibədən sonra etmişdim"

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi