Modern.az

“Nakam şairlər” işığa çıxıb

“Nakam şairlər” işığa çıxıb

Ədəbiyyat

4 Noyabr 2013, 17:11

Modern.az xəbər verir ki, Dünya Gənc Türk Yazarlar Birliyinin təşəbbüsü ilə “Nakam şairlər” toplusu işıq üzü görüb. Kitabda adından da göründüyü kimi nakam tale və gənc yaşlarında faciəvi ölümə tuş gələn şairlərin şeirləri çap olunub.

Siyahıda Qarabağ döyüşlərində həlak olmuş Nizami Aydın, 20 yanvar hadisələrində dünyasını dəyişən Ülvi Bünyadzadə, Hamlet Kazımoğlu (ürək çatışmazlığı) Fərhad Mete (avtomobil qəzası), Zərdüşt Şəfi (xərçəng) və başqaları var.

  Azərbaycan Prezidentinin yanında Gənclər Fondunun dəstəyi ilə hazırlanan kitabın tərtibatçısı şair Əkbər Qoşalıdır.  

Elmin Nuri  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi