Modern.az

Ramiz Rövşən Bakı Sağlamlıq Mərkəzində müalicə olundu

Ramiz Rövşən Bakı Sağlamlıq Mərkəzində müalicə olundu

Ədəbiyyat

18 Avqust 2024, 12:04

Azərbaycan Respublikasının Xalq şairi, yazıçı, esseist, kinossenarist, tərcüməçi Rövşən Ramiz Məmmədəli oğlu Bakı Sağlamlıq Mərkəzində müalicə olunub. 

 

Modern.az xəbər verir ki, Xalq şairi, 77 yaşlı Ramiz Rövşən mərkəzə arterial hipertenziya, limfoödem diaqnozları ilə müraciət edib. 

 

Bakı Sağlamlıq Mərkəzinin terapiya şöbəsinin rəhbəri Zakir Quliyev və komandası tərəfindən stasionar şəraitdə müalicəsi aparılan Ramiz Rövşən tətbiq olunan müalicələrdən sonra qısa zaman ərzində şikayətlərindən azad olmuş şəkildə, sağlamlığına qovuşaraq bugün evə yazılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu