Modern.az

İsa Həbibbəyli Türkiyə Elmlər Akademiyasının fəxri üzvü seçilib

İsa Həbibbəyli Türkiyə Elmlər Akademiyasının fəxri üzvü seçilib

30 Dekabr 2024, 11:16

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Türkiyə Elmlər Akademiyasının (TÜBA) fəxri üzvü seçilib.

Bu barədə Modern.az-a AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən bildirilib.

TÜBA-nın prezidenti professor Müzəffər Şəkər tərəfindən AMEA prezidentinə təbrik məktubu göndərilib.

"Türkiyə Elmlər Akademiyası (TÜBA) adından Akademiya Şurasının 17 dekabr 2024-cü il tarixli, 372 №-li qərarı ilə TÜBA-nın Fəxri üzvü seçilməyiniz münasibətilə ürəkdən təbriklərimizi çatdırmağa şadam", - məktubda deyilir.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?