Modern.az

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti XİN-in xüsusi səfiri ilə görüşüb

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti XİN-in xüsusi səfiri ilə görüşüb

Ədəbiyyat

21 Fevral 2025, 12:28

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyevlə görüşüb.

Fonddan Modern.az-a verilən məlumata görə, görüşdə qurumun 2024-сü il ərzində həyata keçirilmiş layihələri, gələcək fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılıb.

Eyni zamanda Türk Dünyasının qədim və zəngin irsinin mühafizəsi və daha artıq tanıdılması məqsədilə Fond ilə Türk dövlətlərinin YUNESKO üzrə Milli Komissiyaları arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Fond ilə səmərəli əməkdaşlığı xüsusi qeyd olunub. 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?