Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayon sektoru üzrə 32 saylı məktəbin direktoru, Laçınlı kreativ gənc, həmkarım və dostum Rafiq Həsənovun (Allah rəhmət eləsin!) övladı, onun peşə yolunun layiqli davamçısı Samira xanım Həsənova belə deyir: “Atamın dərd kimi o dünyaya apardığı Laçın sevgisi qəlbimdə əbədidir”.
Novruz günlərində, yeni yaşının tamamı ilə bağlı təbrik yazarkən Samirə xanımın yurda, el-obaya, Qarabağa və xüsusilə də ecazkar gözəllikləri özündə əks etdirən doğma Laçınımıza olan sevgisi gözlərim önünə gəldi. Laçına ilk qayıdış edərkən məhz ata dostunun ailə üzvləri– bizim üçün o gözəl diyardan topladığı gül-çiçək dəstəsi ən böyük sevincimiz oldu.
Əziz Samirə xanım, gənc həmkarım və dost övladı! Yeni yaşın və bu gözəl Novruz Bayramı münasibətilə Sizi təbrik edib, peşə uğurları, cansağlığı və bəxtiyar günlər arzulayıram. Ruzi-bərəkət süfrənizdən əskik olmasın!
... Bu təbriki yazarkən atanız, dostum Rafiq müəllimli günlər gözlərim önünə gəldi. Necə gözəl, qonaqpərvər, Vətən, yurdsevər bir insan idi. Allah rəhmət eləsin!
... Samirə xanım, nə yaxşı ki, varsınız! Rafiq müəllimin peşəsində, onun davamçısı kimi bizi sevindirirsiniz. Ən yaxın vaxtlarda kütləvi olaraq gözəlliklər diyarı, doğma laçınımıza dönək. Sizin qapıda, Sizin ocaqda, Sizin evdə Rafiq müəllimin bütün varlığına hakim olub və dərd kimi o dünyaya apardığı Laçın sevgisini yaşayaq! Siz bizim üçün çox əzizsiniz!
Yeni yaşın və Novruz Bayramın mübarək! Təbriklərimi ailənizə və bacı-qardaşlara çatdırmanızı istərdim! Var olun! Allah Sizləri qorusun!
Səxavət Tağlar,
Əməkdar müəllim, Prezident mükafatçısı