Modern.az

İrana ard-arda zərbələr endirildi

İrana ard-arda zərbələr endirildi

Ədəbiyyat

17 İyun 2025, 23:45

İsrail Ordusu İranda raket buraxılış məntəqələrinə silsilə zərbələr endirib.

Modern.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti özünün teleqram kanalında məlumat yayıb.

“Ordu İranın mərkəzində 12 raket buraxılış məntəqəsinə və silah anbarlarına bir sıra zərbələr endirib", - məlumatda bildirilib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu “Yüksələn Aslan” adlı genişmiqyaslı əməliyyata başlayıb. Bu əməliyyat çərçivəsində Hərbi Hava Qüvvələri hərbi obyektlərə və İranın nüvə proqramının obyektlərinə zərbələr endirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi