Modern.az

Ərdoğanla Paşinyan birgə bəyanat verəcək

Ərdoğanla Paşinyan birgə bəyanat verəcək

Ədəbi̇yyat

18 İyun 2025, 21:35

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanı İstanbulda qəbul edəcək.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun “X”dəki səhifəsində yazıb.

O, Ermənistanın baş nazirinin iyunun 20-də Türkiyəyə işgüzar səfər edəcəyini açıqlayıb.

Daha əvvəl Paşinyan Ərdoğanla danışıqların gündəliyini açıqlamayıb. "Səfərin gündəliyi ilə bağlı ictimaiyyət üçün birgə bəyanat planlaşdırılır. Razılaşmalara əsasən, bəyanatın bəndlərini vaxtından əvvəl açıqlamaq olmaz", - o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!