Anar hələ var, yerindədir. Anar istefa da verməyəcək, növbəti seçkilərdə də iştirak edəcək. 85 yaşı var, çox da normaldır. Bir neçə gün əvvəl yubiley tədbirində idik, orada da dedi "nə qədər qoca olsam da, min cavana dəyərəm".
Bunu Milli Məclisin deputatı Aqil Abbas Modern.az-a müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti barədə suala cavabında deyib.
O qeyd edib ki, Yazıçılar Birliyi normal işləyir:
"Bundan artıq neynəməlidir? İctimai təşkilatdır, yazıçıların klubudur. Orada da iş gedir. Hər il birliyə üzv olan nə qədər gənc Prezident təqaüdü alır. Bütün yazıçıların təqdimatı birliyin binasında təkil olunur. Təqdimatları başqa yerdə keçirsələr, nə qədər pul verməlidirlər, amma burada heç 1 manat da vermirlər. Əvvəl AYB ideoloji mərkəz idi, amma indi elə deyil. Qurumda növbəti sədr kimi Rəşad Məcidi görürəm".