Modern.az

Trampın oğlu prezident olmaq istəyir

Trampın oğlu prezident olmaq istəyir

Ədəbiyyat

29 İyun 2025, 00:49

ABŞ Prezidenti Donald Trampın oğlu Erik özünün və ya ailəsinin digər üzvünün siyasi sülalə qura biləcəyi ehtimalını irəli sürüb.

Modern.az xəbər verir ki, bu barədə hazırda "Trump Organization" şirkətinin icraçı vitse-prezidenti olan kiçik Tramp "Financial Times" qəzetinə müsahibəsində bildirib.

Erik Tramp qeyd edib ki, gördüyü siyasətçilərin yarısı onu heç heyran etmir və o, daha yaxşı iş görə bilər.

"Bunu zaman göstərəcək. Amma məndən başqaları da var", - o bildirib.

Eyni zamanda, iş adamı etiraf edib ki, sevdiklərini bu sistemin qəddarlığına məruz qoymaqla, belə bir vəzifəni istəyib-istəmədiyindən əmin deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər