Modern.az

İngilis dilindəki türk sözləri

İngilis dilindəki türk sözləri

Ədəbiyyat

8 İyul 2025, 13:52

Bilənlər bilir, bir hobbim var, boş olanda onunla məşğul oluram. Bu, dillə, dilçiliklə bağlı bir düşüncə sferasıdır.

Məni uzun illərdir belə bir sual maraqlandırır: görəsən, dünyada elə bir dil varmı ki, orada türkizmlər olmasın?

Rus dilindəki türkizmlər haqqında onlarla yazım dərc olunub. Bəzi rus divanələri bu cür yazıların nə məqsədlə yazıldığını ya anlamaq istəmir, ya da anlamırlar. Mən onlara adətən belə cavab verirəm: təqdim edilən türkizmləri məhz rus alimləri tədqiq ediblər, bəs onların məqsədi nə olub? Zənnimcə belələri, sabotajlıq edir və yeri gəlmişkən “sabotaj” (sabot, saboteur, sabotage) sözü ingilis dilində olan türkizmlərdən biridir.

Bəli, indi ingilis dilində olan türkizmlərdən bir kaç cümlə, yəni müxtəsər də olsa, söz açmaq istəyirəm.

Məsələn, chabouk (chabuk, chawbuk) sözləri “çubuk” anlamındadır. Bildiyiniz kimi “qəlyan” (farsca), “nargilə” (ərəbcə) sözləri türkcədə “çubuq” kimi ifadə olunur.

Bundan başqa, ingiliscədə işlədilən “caviar” (ikra), “coach” (kareta), “kiosk” (kiosk-köşk), “kumiss” (kumıs) sözlərinin mənşəyi də türkcədir.

Elə badian (бадьян), beech (бук), taiga (тайга) sözləri də bu qəbildəndir.

Desəm ki, rus dilində olduğu kimi, ingilis dilində də işlədilən “tapor” (monop), yəni “balta” sözünün mənşəyi türkcədir, bəlkə də çoxları ağız büzəcək. Bu gün tatar dilində işlədilən “manaqıç” sözü buna əyani misal ola bilər.

Sonra, burka (geyim), khanum (xanım), ataman (ataman), hurrah (ура), kefir (qatıq), yogurt (yoqurt) sözləri də ingiliscədə olan türkizmlərdir.

Firuz Mustafa

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi