Modern.az

Cümhuriyyət Ensiklopediyasının son nəşrinin onlayn versiyası

Cümhuriyyət Ensiklopediyasının son nəşrinin onlayn versiyası

Ədəbiyyat

9 İyul 2025, 17:45

İki cilddən ibarət olan Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının təkmilləşdirilmiş 2-ci nəşrinin onlayn versiyası (1-ci cild: 440 səh.; 2-ci cild: 472 səh.) Azərbaycan Tarixi Elektron Kitabxanasında yerləşdirilib.

Modern.az xəbər verir ki, ensiklopediyanın baş redaktoru AMEA-nın həqiqi üzvü Yaqub Mahmudovdur.

Redaksiya heyəti tanınmış alimlər və ensiklopediyaçı mütəxəssislərdən ibarətdir: İslam Ağayev, Tofiq Babayev - məsul katib, Azər Bağırov, İradə Bağırova, Firdovsiyyə Əhmədova, Anar İsgəndərov, Nigar Maksvell, Xeyrulla Məmmədov, Elmira Məmmədova, Mirheydər Mirzəyev, Ataxan Paşayev - baş redaktor müavini, Mehman Süleymanov, Kərim Şükürov.

Ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq kitabıdır. Ensiklopediyanın səhifələrində 1500-ə qədər termin-məqalə verilir.

Ensiklopediyada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün inzibati-ərazi bölgüsünü əks etdirən çoxsaylı rəngli xəritələr, mətndaxili ağ-qara və rəngli şəkillər, xəritələr, cədvəllər, diaqramlar, portretlər, hərbi əməliyyat planları və başqa illüstrasiya materialları verilir. Bunların bir çoxu ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında işıq üzü görür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi