Modern.az

Ramiz Rövşənin səhhəti pisləşib? - Kürəkənindən açıqlama

Ramiz Rövşənin səhhəti pisləşib? - Kürəkənindən açıqlama

Ədəbiyyat

26 Avqust 2025, 16:36

Xalq şairi Ramiz Rövşənin səhhətinin pisləşdiyi, hərəkətinin ağırlaşdığı barədə məlumatlar yayılıb. Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza mətbuata deyib ki, Xalq şairi yaxın günlərdə xəstəxanaya müraciət edəcək.

Modern.az Xalq şairinin səhhəti ilə bağlı son durumu öyrənməyə çalışıb.

Ramiz Rövşənin kürəkəni saytımıza açıqlamasında bildirib ki, hazırda onun səhhəti yaxşıdır:

"Bəli, Ramiz müəllimin səhhəti ilə bağlı problemi var. Lakin bu, elə də böyük problem deyil. Mütəmadi olaraq həkim yoxlanışından keçir. Lakin onun vəziyyəti mətbuatda yazıldığı kimi deyil. Yaşlı olduğu üçün müəyyən narahatlıqlar özünü göstərir".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım