Modern.az

Tramp Rusiyaya yeni sanksiyalar HAZIRLAYIR

Tramp Rusiyaya yeni sanksiyalar HAZIRLAYIR

Dünya

7 Sentyabr 2025, 22:39

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar dalğasının tətbiqinə hazır olduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, o, bu barədə Nyu-Yorkda keçirilən ABŞ Açıq Tennis Çempionatının finalına gedərkən jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Jurnalistlərin “Siz Rusiyaya qarşı ikinci faza sanksiyalara keçməyə hazırsınızmı?” sualına Tramp qısa və konkret cavab verib:“Bəli, hazıram”.

Xatırladaq ki, avqustun sonunda ABŞ administrasiyası “birinci faza” çərçivəsində Hindistana 50%-lik gömrük rüsumları tətbiq edib. Buna səbəb Dehlinin Rusiya neftini almaqda davam etməsi göstərilir. Vaşinqton hesab edir ki, bu gəlirlər Moskvanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirməyə yönəldilir.

Tramp əlavə edib ki, onun ehtiyatında Rusiyaya qarşı “ikinci və üçüncü faza” sanksiya planları mövcuddur və əgər Ukraynada sülh prosesində irəliləyiş kifayət qədər görünməsə, həmin tədbirlər işə salına bilər.

ABŞ Maliyyə naziri Skott Bessent də eyni mövqedən çıxış edib. O, NBC-yə müsahibəsində bildirib ki, Vaşinqton Moskvanın iqtisadiyyatını çökdürmək üçün təzyiqləri gücləndirməyə hazırdır, lakin bunun üçün Avropa ölkələrinin dəstəyi zəruridir:

“Əlavə sanksiyalar və rus neftini alan ölkələrə qarşı ikincili tariflər tətbiq olunarsa, Rusiya iqtisadiyyatı tamamilə çökmüş olacaq. Bu isə Putini danışıqlar masasına oturmağa məcbur edəcək”.

Bessentin sözlərinə görə, hazırda Ukrayna ordusunun dözümlülüyü ilə Rusiya iqtisadiyyatının dayanıqlığı arasında “yarış” gedir. ABŞ və Avropa İttifaqı birlikdə hərəkət edərsə, bu yarışda Ukraynanın üstünlüyü təmin oluna bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular